\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Türkiyədə koronavirusa qarşı yeni peyvənd hazırlanıb

Türkiyədə koronavirusa qarşı yeni peyvənd hazırlanıb
1355baxış
Türkiyə koronavirusa qarşı mübarizədə yeni peyvənd hazırlayıb.
 
Bu barədə Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. 
 
O bildirib ki, "İntranazal" adlı yeni peyvənd sprey formasındadır və buruna qəbul edilir. Bu dünyada ilk sayılır. Səhiyyə nazirinin sözlərinə görə, yaxın günlərdə peyvəndin ilk sınaq mərhələsi başlayacaq. "İntranazal" ümumilikdə 3 sınaq mərhələsindən keçəcək.
 
Bildirilir ki, sprey formasında olan peyvəndin istehsalı asandır. Qısa müddət ərzində yüksək miqdarda peyvənd istehsal etmək mümkündür. //Metbuat.az