\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq
1556baxış

Martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Mediapress.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Havanın temperaturu yarımadada və Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.