\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Bakıda arvadını döyən kişi barəsində cinayət işi başlanıb

Bakıda arvadını döyən kişi barəsində cinayət işi başlanıb
1527baxış

Paytaxtın Xəzər rayonunda qadının həyat yoldaşı tərəfindən mütamadi olaraq, döyülərək fiziki zorakılığa məruz qalması faktı ilə əlaqədar cinayət işi başlanıb.

Mediapress.az-ın əldə etdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (Əzab vermə – Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı "Report"a DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.