\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

"Qarabağ"ın legioneri: "Neftçi"də hər zaman yaxşı futbolçular yer alıb"

"Qarabağ"ın legioneri: "Neftçi"də hər zaman yaxşı futbolçular yer alıb"
1375baxış

"Tam heyətlə olmasa da, hazırlığımız davam edir. Bütün futbolçular olmayanda çətin olur, buna baxmayaraq, məşqlərdən maksimum yararlanmağa çalışırıq.

"Mediapress.az" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç klubun rəsmi saytına açıqlamasında deyib.

"Azərbaycan Premyer Liqasının qalibi olmaq həmişə çətin olub. Bu il də istisna deyil. "Neftçi" ilə mübarizəyə gəlincə, bu il deyil, hər zaman bu komandada yaxşı futbolçular yer alıb. Mövsümün sonuna 8 tur qalıb. Ancaq biz 8 oyunu deyil, sırf olaraq növbəti matçımızı düşünürük. Baş məşqçimiz də bizdən həmişə performansımızın yüksək olmasını tələb edir".