\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Halsız vəziyyətdə aşkar edilən şəxs aidiyyəti üzrə təhvil verildi

Halsız vəziyyətdə aşkar edilən şəxs aidiyyəti üzrə təhvil verildi
1357baxış

Bakının Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Mediapress.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.