\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

İğdırda Azərbaycan şəhidlərinin xatirəsinə meşə salındı

İğdırda Azərbaycan şəhidlərinin xatirəsinə meşə salındı
1544baxış

Türkiyənin İğdır vilayətində Azərbaycan ordusunun 44 günlük Qarabağ müharibəsində şəhid olan əsgər və zabitlərinin xatirəsini əbədiləşdirmək üçün “Qarabağ Şəhidləri Xatirə Meşəsi” salınıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İğdır Vakfı tərəfindən təşkil edilən mərasim İğdər Çalpala ərazisində keçirilib. Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub, Qurandan ayələr səsləndirilib və çıxışların ardınca Qarabağda şəhid olan 2783 hərbçinin xatirəsinə həmin sayda ting basdırılıb. Mərasimdə yerli sakinlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.