\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Azərbaycanda daha 24 446 nəfər vaksinasiya olunub

Azərbaycanda daha 24 446 nəfər vaksinasiya olunub
1493baxış

Martın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24 446 nəfər vaksinasiya olunub.

Bu barədə Mediapress.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 518 879 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.