\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Üç xəstə adamın yaşadıqları mənzilin halı... - Fotolar - Şəhid anasına dərdini unutduran vəziyyət

Üç xəstə adamın yaşadıqları mənzilin halı...  - Fotolar - Şəhid anasına dərdini unutduran vəziyyət
1624baxış

"İsmayıllı rayonunda təsadüf nəticəsində tanıdığım-3 nəfərdən ibarət bir ailə. Özüm şəxsən bu evdə olmuşam, şəraitləri, yaşayış tərzləri ilə yaxından tanışam. Çox dəhşətli mənzərədir. İndiki dövrdə belə bir evdə, belə bir şəraitdə yaşamaq dəhşətlidir".

“Facebook”da Şəhid Cəmil Məmmədlinin anası Aygün Cəmil (Məmmədova) paylaşıb.

O, sonra paylaşımında bunları qeyd edib:

“Evdə xəstə ailə başçısı-yataq xəstəsi, yoldaşı və oğlu. Gedib görməyənə qədər belə bir şəraitdə yaşadıqlarını təsəvvürümə gətirə bilmirdim. Bir anlıq sanki öz dərdimi unutdum,ürəyimə bir ağırlıq gəldi. Xahiş edirəm: imkanlarımız daxilində o ailəyə kömək edək. Normal-heç olmasa, 1 otaqlı daşdan ev tikmək onlar üçün əlçatmazdır, amma bizlər birləşsək, hər şey edə bilərik! Fikirləşin ki,bu ailə kartondan evdə yaşayır, bir anlıq təsəvvür edin. İsmayıllıda ŞƏHİDLƏR XİYABANINA gedən yolun üstündədir bu ev, mənim də yolum ordan düşdüyü üçün o ailəni tanıdım”.

13:21