\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Suriyada PKK/YPG-nin böyük silah partiyası ələ keçirildi

Suriyada PKK/YPG-nin böyük silah partiyası ələ keçirildi
1378baxış

Türkiyənin təhlükəsizlik qüvvələri Suriyanın şimal-qərbindəki Aazazaz rayonunda keçirilən xüsusi əməliyyat zamanı PYD/YPG terror təşkilatına məxsus böyük silah partiyasını ələ keçiriblər.

Virtualaz.org bildirir ki, Türkiyə Daxili İşlər Nazirliyinin bazar günü yaydığı məlumatda belə deyilir.

Ələ keçirilən sursatlar arasında 2 TOW raketi,  24 “Kalaşnikov” avtomatı, 1 snayper tüfəngi və 2 iri kalibrli DŞK pulemyotu var.

Məlumata görə, yaraqlılar Şimali Suriyanın terrorçulardan azad edilmiş ərazilərində dinc sakinlərə və təhlükəsizlik qüvvələrinə hücum etmək üçün silahlarını onların nəzarətində olan Münbiçə keçirməyi  planlaşdırıblarmış.

Əməliyyat zamanı PYD/PKK terror təşkilatının silahlarını ötürmək niyyətində olduqlarını etiraf edən iki şəxs saxlanılıb.

Xatırladaq ki, Aazazaz rayonu Türkiyə Silahlı Qüvvələrinin "Fərat qalxanı" anti-terror əməliyyatının keçirildiyi zonada yerləşir.