\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

İranda terrorçular zərərsizləşdirildi

İranda terrorçular zərərsizləşdirildi
1374baxış

Mediapress.az-ın məlumatına görə, İran təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki hərbi obyektə silahlı hücum edən iki terrorçunu zərərsizləşdirib.

Hadisə Xuzistan vilayətində baş verib. Cinayətkarlar təhlükəsizlik qüvvələrini atəşə tutaraq, hərbi obyektə daxil olmaq istəyiblər. Hər iki terrorçu yaralanıb, daha sonra onlardan biri xəstəxanaya çatdırılarkən ölüb.