Ramazan ayında Türkiyədə karantin sərtləşdiriləcək
1386
Ramazan ayı ərəfəsində Türkiyədə karantin yenidən sərtləşdirilir.
Mediapress.az-ın məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bu barədə danışıb:
- Bütün Türkiyədə küçəyə çıxma məhdudiyyəti 21:00-dan 05:00-dək davam edəcək.
- Yeməkxana və kafelər bütün Türkiyədə 50 faiz həcmində və müəyyənləşdirilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək.
- Qırmızı zona elan olunmuş bölgələrdə həftəsonu küçəyə çıxmaq qadağası tətbiq olunacaq.
- Ramazan ayında isə ölkə üzrə həftəsonları küçəyə çıxmaq məhdudiyyəti tətbiq ediləcək.
- Ramazan ərzində Türkiyədə yeməkxana və kafelər xidmətlərini çatdırma ilə məhdudlaşdıracaq.
- Ölkə üzrə imsaq və iftar təşkil edilməyəcək.