\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

BNA bu avtobuslarla bağlı qərar verdi

BNA bu avtobuslarla bağlı qərar verdi
1357baxış
Sabah Bakıda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsinin Vunqtau küçəsinin kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
 
Bu barədə Mediapress.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
 
Bu səbəbdən M1, M2, M6 və 104 nömrəli marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti təşkil ediləcək.
 
Dəyişikliyə əsasən:
 
M1, M2, M6 nömrəli ekspres marşrut üzrə avtobuslar "Həzi Aslanov " metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;
 
104 nömrəli müntəzəm marşrut üzrə avtobuslar "Həzi Aslanov " metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müyyən edilib.