\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Beş obyektin qeydiyyata alınmasından imtina olunub

Beş obyektin qeydiyyata alınmasından imtina olunub
1366baxış

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 30 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 35 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən Mediapress.az-a verilən məlumata görə, qeyd olunan tarixdə 5 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

ORXAN MƏMMƏDOV AĞASƏLİM OĞLU

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

2

"ALDORA" Məhdud Məsuliyyətli Cəmiyyəti

Topdan satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

3

ASƏF RAMAZANOV ƏLİ OĞLU

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

4

"SAVA LL" Məhdud Məsuliyyətli Cəmiyyəti

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

5

QURBAN SOFİYEV SALEH OĞLU

Pərakəndə satış

Qida Təhlükəsizliyi sahəsinə aid deyil.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.