\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

"Bütün əngəllər aradan qalxır, Azərbaycanla qardaşlığımız daha da güclənir" - Çavuşoğlu

"Bütün əngəllər aradan qalxır, Azərbaycanla qardaşlığımız daha da güclənir" - Çavuşoğlu
1340baxış

Bu gündən etibarən can Azərbaycana səyahət etmək yalnız şəxsiyyət vəsiqəsi ilə mümkündür. Bütün maneələr aradan qaldırılır, qardaşlığımız güclənir.

Mediapress.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvitter” hesabında yazıb.

“Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun”, - deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” bu gündən qüvvəyə minib. Bu protokolun qüvvəyə minməsi ilə Türkiyə vətəndaşları da yeni nəsil şəxsiyyət vəsiqəsi ilə Azərbaycana 90 gün müddətlik vizasız səyahət edə biləcəklər.