\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

İlham Əliyev peyvəndlərin ədalətsiz bölüşdürülməsini ÜST-ün Baş direktorunun diqqətinə çatdırıb

İlham Əliyev peyvəndlərin ədalətsiz bölüşdürülməsini ÜST-ün Baş direktorunun diqqətinə çatdırıb
1366baxış

Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını bəyan edib.

Mediapress.az xəbərinə görə, dövlət başçısı bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı bildirib.

Dövləti başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirib.