\
30 Sentyabr 2024 - Bazar ertəsi

ASAN və "Baykar” şirkəti arasında əməkdaşlıq gücləndirilir - Fotolar

ASAN və "Baykar” şirkəti arasında əməkdaşlıq gücləndirilir - Fotolar
1462baxış
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “Baykar” şirkəti arasında əməkdaşlıq gücləndirilir.
 
Mediapress.az-ın məlumatına görə, Dövlət Agentliyi sədrinin Selcuk Bayraktarla dünən baş tutan görüşü zamanı “Baykar” şirkətinin və “Türkiyə Texnoloji Takımı”nın (T3) “Deneyap” proqramının Azərbaycanda icra olunması istiqamətində, eləcə də Dövlət Agentliyi ilə qeyd olunan şirkətlər arasında innovasiya və texnoloji təhsil sahəsində imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə də fikir mübadiləsi aparılmışdır.