\
30 Sentyabr 2024 - Bazar ertəsi

Əhməd Əhmədzadə vəzifəsindən azad edilib - SƏRƏNCAM

Əhməd Əhmədzadə vəzifəsindən azad edilib - SƏRƏNCAM
1379baxış

Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Mediapress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, 76 yaşlı Ə.Əhmədzadə 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi.