Prezident İlham Əliyev Türkiyənin ticarət nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ruhsar Pekcan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev də Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Türkiyədə Azərbaycanın uğurlarından qürur duyulduğunu deyən Ruhsar Pekcan Vətən müharibəsi zamanı türk xalqının Azərbaycandakı hadisələri və Prezident İlham Əliyevin fəaliyyətini yaxından izlədiyini, qazanılan uğurlara sevindiklərini bildirib.
Həm müharibə zamanı, həm də sonrakı dövrdə Türkiyə ictimaiyyətindən çoxlu dəstək məktubları aldığını deyən dövlətimizin başçısı bunun birliyimizin növbəti təzahürü olduğunu bildirib.
***
11:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.