\
30 Sentyabr 2024 - Bazar ertəsi

Şuşa sakini: "O şəhərsiz keçən illəri ömrümə yazmıram" - VİDEO - VİDEO

Şuşa sakini: "O şəhərsiz keçən illəri ömrümə yazmıram" - VİDEO - VİDEO
1386baxış

Bağırov Yelmar Hüseynqulu oğlu 1945-ci ildə Şuşa şəhərində anadan olub və ilk təhsilini də orada alıb.

Onun həyat yoldaşı Xayatova Qənirə Zeynal qızı isə 1950-ci ildə Ağdamda anadan olub, 1-ci sinfə isə Şuşada 7 nömrəli məktəbə gedib.

"Şuşa elə bir yerdir ki, orada yaşayanlar bir-birilərinə həm qohumdur, həm də qardaş", - Q.Xayatova deyib.

“Məhlə qonşusu olmuşuq”, - deyən Qənirə xanım və Yelmar bəy 1977-ci ildə Şuşada tanış olub və ailə qurublar. Onların 3 övladı da Şuşada dünyaya gəlib.

"Gözü bağlı hər yeri gəzdirsinlər, Şuşaya çatanda deyərəm bura Şuşadır", - deyən Yelmar bəy, iki qardaşını da Şuşada şəhid verib.

Mediapress.az Şuşalı ailədən videoreportajı təqdim edir: