\
30 Sentyabr 2024 - Bazar ertəsi

Nigeriyada hərbi bazaya hücum edilib, ölənlər var

Nigeriyada hərbi bazaya hücum edilib, ölənlər var
1349baxış

Nigeriyada silahlı şəxslərin hərbi bazaya və onun yaxınlığındakı ərazilərə hücumu nəticəsində 14 nəfər ölüb.

Mediapress.az xəbər verir ki, bu barədə yerli “PM News” qəzeti yazıb.

Bildirilib ki, təxminən 200 silahlı şəxs ölkənin qərbindəki Niger ştatının Allava bölgəsində hərbi bazaya hücum edərək altı əsgər və bir polis məmurunu öldürüblər. Bundan sonra onlar bazanı yandırıblar və yaxınlıqdakı ərazilərə gedərək daha yeddi nəfəri qətlə yetiriblər, bir neçəsini isə qaçırıblar.