\
30 Sentyabr 2024 - Bazar ertəsi

Tanınmış futbolçu Braziliya klubundan ayrıldı

Tanınmış futbolçu Braziliya klubundan ayrıldı
1366baxış

İngiltərənin "Çelsi" komandasının sabiq futbolçusu Salomon Kalu Braziliya "Botafoqo"sundan ayrılıb.

Mediapress.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar.

Yerli mətbuat isə iddia edir ki, ayrılığa səbəb komandanın A Seriyasını tərk etməsi olub.

36 yaşlı kotdivuarlı hücumçu ötən mövsüm "Botafoqo"nun heyətində keçirdiyi 27 oyunda cəmi 1 qol vurub.

Qeyd edək ki, Salomon Kalu "Çelsi"dən başqa, Niderlandda "Feyenoord"un, Fransada "Lill"in və Almaniyada "Herta" klublarının da formasını geyinib.