\
30 Sentyabr 2024 - Bazar ertəsi

Bakıda gəmi yanır

Bakıda gəmi yanır
1378baxış

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.