\
30 Sentyabr 2024 - Bazar ertəsi

Nazir polkovnik-leytenantı xidmətdən qovdu

Nazir polkovnik-leytenantı xidmətdən qovdu
1428baxış

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.

S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.