\
30 Sentyabr 2024 - Bazar ertəsi

Bakıda 21 yaşlı oğlanı maşın vurdu

Bakıda 21 yaşlı oğlanı maşın vurdu
1354baxış

Paytaxtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində maşın, yolu keçən 2000-ci il təvəllüdlü İsmayılov Elşən Hümbət oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.