\
30 Sentyabr 2024 - Bazar ertəsi

Rusiya Türkiyə ilə hava əlaqələrini dayandırır

Rusiya Türkiyə ilə hava əlaqələrini dayandırır
1368baxış

Rusiya Türkiyə ilə hava əlaqəsini məhdudlaşdırmağa hazırlaşır.

Bu barədə TASS məlumat yayıb. Məlumata əsasən, aprelin 15-dən etibarən iki ölkə arasında mütəmadi və çarter reysləri dayandırılacaq. Uçuşlara qadağa iyunun 1-dək qüvvədə olacaq.

Qeyd edək ki, Rusiyadan Türkiyəyə uçuşların məhdudlaşdırılması qardaş ölkədə koronavirusa yoluxanların sayının kəskin şəkildə artması ilə izah olunur.