\
30 Sentyabr 2024 - Bazar ertəsi

"Dediyim kimi, Qarabağ münaqişəsi bitib, həll olunub” - İlham Əliyev

"Dediyim kimi, Qarabağ münaqişəsi bitib, həll olunub” - İlham Əliyev
1357baxış
“Ermənilərin Qarabağda məskunlaşdığı ərazisinə qarşı güc tətbiq etmək planımız yoxdur. Dediyim kimi, Qarabağ münaqişəsi bitib, həll olunub”.
 
Mediapress.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
 
Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri biz öz vətəndaşlarımız hesab edirik: “Bizim bu günə qədər göstərdiyimiz humanitar yardımlar və logistik dəstək də bu niyyətimizi göstərir”.