AFFA Premyer Liqa klublarına yenidən ödəniş etdi
1396
AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hər birinə dəstək məqsədi ilə növbəti dəfə 15 000 manat maliyyə vəsaiti köçürülüb.
Mediapress.az-ın məlumatına görə, ödəniş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunma prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədilə edilib.
8 klubun hər birinə 41 000 manat olmaqla, ümumilikdə 328 000 manat ödənilib.