ABŞ-ın vitse-prezidentini öldürməklə hədələyən tibb bacısı saxlanıldı
1381
Floridada yerli sakin ABŞ-ın vitse-prezidenti Kamala Harrisi öldürmək təhdidinə görə saxlanılıb. 39 yaşlı tibb bacısı, afroamerikalı Nivian Peti Felps həbsxanada olan əri üçün bir neçə video hazırlayıb. O, videolarda siyasətçini öldürməklə hədələyib, hətta sui-qəsd planının tarixini də açıqlayıb.
Felps həmçinin Harrisin afroamerikalı oması barədə şübhəsini ifadə edib.
Məhkəmə prosesində hakim 3 uşaq anası olan Felpsi cəmiyyət üçün təhlükəli hesab edib və onun istintaq altında olduğu müddətdə həbsi barədə qərar çıxarıb. Müqəssiri təqsirini etiraf edəcəyi təqdirdə beş illik həbs cəzası gözləyir.