Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu
1388
Egey dənizində Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə 4,8 bal gücündə zəlzələ olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə 20:08-də qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.