Kolumbiyada 11 fəhlənin meyiti mədəndən bir ay sonra çıxarıldı
1390
Kolumbiyada ölkənin mərkəzi hissəsində torpaq sürüşməsindən sonra qızıl mədənindəki şaxtada köməksiz qalan 11 fəhlənin meyiti aşkarlanıb.
Mediapress.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Milli Dağ-Mədən agentliyi məlumat yayıb.
Qeyd olunub ki, xilasedicilər fəhlələrin meyitlərini artıq şaxtadan çıxarıb.
Milli Dağ-Mədən agentliyinin rəhbəri Xuan Miqel Duran özünün tvitterdəki səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, hadisə 26 mart tarixində baş vermişdi.