\
30 Sentyabr 2024 - Bazar ertəsi

Yevlaxda ikimərtəbəli ərzaq mağazasında yanğın olub

Yevlaxda ikimərtəbəli ərzaq mağazasında yanğın olub
1386baxış

Yevlax şəhərində hər mərtəbəsi 650 m² olan ikimərtəbəli ərzaq mağazasının ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 m² sahədə yanıb.

Bu barədə Mediapress.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.