\
30 Sentyabr 2024 - Bazar ertəsi

Türkiyədə koronavirusdan gündəlik ölüm sayı artır

Türkiyədə koronavirusdan gündəlik ölüm sayı artır
1342baxış

Türkiyədə son sutka ərzində 318 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda 55 min 802 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 268 min 447, pandemiya qurbanlarının sayı isə 35 min 926 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 687 min 590 pasiyent (son sutkada 43 856 nəfər) sağalaraq evə buraxılıb.