\
30 Sentyabr 2024 - Bazar ertəsi

ÜST koronavirusla bağlı fövqəladə vəziyyət rejimini daha 3 ay uzatdı

ÜST koronavirusla bağlı fövqəladə vəziyyət rejimini daha 3 ay uzatdı
1335baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasına görə dünya miqyasında tətbiq etdiyi fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.

Bu barədə ÜST-nin Beynəlxalq Səhiyyə Tənzimləməsinin (IHR) Fövqəladə vəziyyət komitəsinin 7-ci iclasında aparılan müzakirələrdən sonra müvafiq təklif- tövsiyə hazırlanıb.

"ÜST-nin baş direktoru Komitənin tövsiyəsi ilə razılaşıb və COVID-19 pandemiyasının beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət yaratmağa davam etməsi barədə qərar qəbul edib”, - deyə qurumun Fövqəladə vəziyyətlərlə bağlı komitəsinin məlumatında vurğulanıb.

Xatırladaq ki, indiyədək dünyada koronavirusa 142 milyon nəfər yoluxub, onlardan 3 milyondan çoxu dünyasını dəyişib.