\
30 Sentyabr 2024 - Bazar ertəsi

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub - FOTO

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub - FOTO
1387baxış

Bakının Sabunçu rayonunda baş vermiş yol qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.

APA xəbər verir ki, "Ravon" markalı avtomobilin vurması nəticəsində 1993-cü il təvəllüdlü Yuniszadə Gülnar Vasif qızı və onun oğlu 2012-ci il təvəllüdlü Yusmir Yuniszadə dünyasını dəyişib, G.Yuniszadənin bacısı, 1996-cı il təvəllüdlü Cəfərzadə Fidan Vasif qızı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır.

 

1 / 3