Azərbaycan xaricə qaz satışını 40 % artırıb
1378
Bu ilin yanvar-mart aylarında Azərbaycanın xaricə qaz satışı təxminən 5 milyard kubmetr təşkil edib.
Bu barədə Mediapress.az Energetika Nazirliyinin bu ilin üç ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,5 % çoxdur.
Bu ilin ilk 3 ayı ərzində 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,8 % çox, yəni 3 milyard kubmetr, Avropaya təqribən 1,1 milyard kubmetr, Gürcüstana isə 784 milyon kubmetr qaz ixrac edilib.
Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 27 milyon kubmetr qaz verilib.