\
30 Sentyabr 2024 - Bazar ertəsi

Cəlilabadda birmərtəbəli ev yanaraq külə dönüb

Cəlilabadda birmərtəbəli ev yanaraq külə dönüb
1349baxış

Cəlilabad rayonunun Boyxanlı kəndində yanğın hadisəsi baş verib.

Bu barədə  Mediapress.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sahəsi 128 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.