\
30 Sentyabr 2024 - Bazar ertəsi

Hüseynbala Mirələmovun biabırçı videosu ilə bağlı YAP-dan AÇIQLAMA

Hüseynbala Mirələmovun biabırçı videosu ilə bağlı YAP-dan AÇIQLAMA
1336baxış
Hüseynbala Mirələmovun biabırçı videosu ilə bağlı YAP-dan AÇIQLAMA Ötən gün sosial şəbəkələrdə YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb. Məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, H.Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək. Hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir. Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır.