"Bravo" üzr istədi
1400
“Bravo” supermarketlər şəbəkəsi marketlərin birində Ramazan bayramı ilə bağlı edilən səhvə görə üzr istəyib.
Şirkət bununla bağlı açıqlama yayıb:
“Marketlərimizin birində buraxılmış texniki səhvin nəticəsi olaraq hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik. Qeyd etmək istərdik ki, diqqətsizlik üzündən baş verən xəta dərhal aradan qaldırılıb. Biz Bravo - cəmiyyətimizin bir hissəsi olaraq, hər kəsin dini ənənə və dəyərlərinə hörmətlə yanaşırıq”.