\
30 Sentyabr 2024 - Bazar ertəsi

Ermənistanın borcları ÜDM-də müəyyən edilmiş həddi keçib

Ermənistanın borcları ÜDM-də müəyyən edilmiş həddi keçib
1361baxış

Ermənistanın dövlət borcu ümumi daxili məhsulda (ÜDM) müəyyən edilmiş 60 faiz həddini keçərək 63,5 faizə çatıb.

Mediapress.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Atom Cancuqazyan bildirib.

Maliyyə nazirinin sözlərinə görə, dövlət büdcəsinin kəsiri 2020-ci ildə 334 milyard drama çataraq ÜDM-in 5,5 faizini təşkil edib. Halbuki 2020-ci il üçün dövlət büdcəsinin kəsiri 161 milyard dram və ya ÜDM-ni 2,3 faizi səviyyəsində planlaşdırılmışdı.

A.Cancuqazyan vurğulayıb ki, dövlət xəzinəsinin gəlirləri 1 trilyon 560 milyard 655 milyon dram, xərcləri 1 trilyon 894 milyard 647 milyon dram, kəsiri isə 333 milyon 991 min dram təşkil edib.