\
16 Aprel 2024 - Çərşənbə axşamı

Su parkının açılış mərasimi keçirilib - FOTOLAR

Su parkının açılış mərasimi keçirilib - FOTOLAR
2424baxış
Bu gün “İçərişəhər” DTMQ İdarəsinin Muzey Mərkəzinin nəzdindəki “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda BMTİP-QEF Kür II Layihəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Arts Council Azerbaijan" təşkilatının birgə əməkdaşlığı sayəsində ərsəyə gələn Su parkının açılış mərasimi keçirildi.
 
Mediapress.az-ın məlumatına görə, mərasimdə giriş sözlə İdarənin Aparat rəhbəri Read Qasımov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, "İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova, BMTİP-QEF Kür II layihəsinin kommunikasiyalar üzrə  regional meneceri Sona Quliyeva və "Arts Council Azerbaijan" təşkilatının rəhbəri Dadaş Məmmədov iştirak ediblər.
 
Həmçinin Dünya Yer Günü münasibətilə keçirilən tədbirdə qeyd olundu ki, ərazisi 100-150 m2 təşkil edən Su Parkında həm yaşıllıq sahə, həm də müxtəlif yaradıcı incəsənət nümunələrinin yerləşdirilməsi üçün yer ayrılıb. 
 
Su parkının məqsədi istirahət zamanı insanları incəsənət vasitəsilə suyun əhəmiyyəti barədə maarifləndirməkdir. 
 
Qeyd edək ki, sənət obyektlərinin yaradılması prosesində 9 istedadlı rəssam iştirak edib. Rəssamlar tərəfindən yaradılan art-çəlləklərdə tədbir iştirakçıları tərəfindən və diplomatik korpusun nümayəndələri tərəfindən ağaclar əkilmişdir.