\
28 Mart 2024 - Cümə axşamı

Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib

Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib
4534baxış

Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Mediapress.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, O.Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi.