\
30 Sentyabr 2024 - Bazar ertəsi

Gəncədə “23 Aprel Milli Suverenlik və Uşaq Bayramı” qeyd olunub - FOTO

Gəncədə “23 Aprel Milli Suverenlik və Uşaq Bayramı” qeyd olunub - FOTO
1392baxış

Gəncə Baş konsulluğu tərəfindən “23 Aprel Milli Suverenlik və Uşaq Bayramı” münasibətilə Baş konsulluğun “Nuru Paşa” salonunda pandemiya səbəbilə məhdud sayda dəvətlinin iştirakı ilə tədbir təşkil olunub.

 
Mediapress.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra hakimiyyəti ilə yanaşı Gəncə 2 saylı Uşaq evinin sakinləri ilə media nümayəndələri də iştirak edib.
 
Tədbirdə Qurtuluş Savaşında canlarından keçən şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin himnləri səsləndirilib. Baş konsul Zeki Öztürk günün əhəmiyyəti haqqında çıxış edib. Uşaq evi sakinlərinin şeirlə çıxışının ardından Türkiyə Böyük Millət Məclisinin quruluşu haqqında qısa film nümayiş etdirilib.