\
30 Sentyabr 2024 - Bazar ertəsi

Fransada islamofoblar məscidi təhqir etdilər

Fransada islamofoblar məscidi təhqir etdilər
1379baxış

Fransanın Talans şəhərində (Bordo ətrafı) vandallar yerli məscidi təhqir edib, binanın divarlarına İslam əleyhinə “İmmiqrasiya öldürür!” və “Məscidlərinizi yığışdırın!” kimi şüarlar yazıblar.

Virtualaz.org bildirir ki, bu barədə şəhərin müsəlman icması ötən çərşənbə günü “Facebook” səhifəsində məlumat yayıb.

İcmanın sədri Məhəmməd Bultam “TRT rus dilində” xəbər portalına deyib ki, “ibadət yerindəki bu cür yazılar və rəsmlər, xüsusən də uşaqlı ailələr buraya gəldikləri üçün qəbuledilməzdir”. Onun sözlərinə görə, artıq araşdırma üçün polislə əlaqə saxlayıblar.

Nəşr xatırladır ki, bundan əvvəl Fransanın daxili işlər naziri Jerald Darmanen Ramazana bir neçə gün qalmış - Rönn şəhərində məscid və İslam Mədəniyyət Mərkəzinin divarları ləkələndikdən sonra müsəlman ibadət yerlərinin təhlükəsizliyinin gücləndirilməsinə çağırmışdı.

Yeri gəlmişkən, Fransada belə hallar tez-tez baş verir. Elə bir neçə gün öncə-aprelin əvvəlində Nant şəhərində naməlum şəxslər məscidi yandırmışdılar. Binaya maddi ziyan dəymiş, məbədin giriş qapısı tamamilə sıradan çıxmışdı...