\
30 Sentyabr 2024 - Bazar ertəsi

İtaliya klubunun vitse-prezidenti xəstəlikdən vəfat etdi

İtaliya klubunun vitse-prezidenti xəstəlikdən vəfat etdi
1346baxış

İtaliyanın "Sassuolo" klubunun vitse-prezidenti Sercio Sassi dünyasını dəyişib.

Mediapress.az klubun rəsmi saytına istinadən xəbər verir ki, funksioner 65 yaşında vəfat edib.

"Sassuolo" onun ölüm səbəbini açıqlamayıb. Yerli mətbuat Sassinin sağalmaz xəstəlikdən dünyasını dəyişdiyini yazıb.

Klubun əsas və gənclərdən ibarət komandası bugünkü matça qollarında qara sarğı ilə çıxacaqlar.

Qeyd edək ki, "Sassuolo" A Seriyasının XXIII turunda "Sampdoriya"nı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.