\
30 Sentyabr 2024 - Bazar ertəsi

Avropa çempionatı: Eldəniz Əzizli bürünc medal qazandı FƏRDİ

Avropa çempionatı: Eldəniz Əzizli bürünc medal qazandı FƏRDİ
1392baxış

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Mediapress.az məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Fabian Şmittlə (Almaniya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Əzizli qitə çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Taleh Məmmədov (63 kq) bu gün finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.