\
30 Sentyabr 2024 - Bazar ertəsi

Avropa çempionatı: Yunan-Roma güləşçilərimiz 3 medal qazandı

Avropa çempionatı: Yunan-Roma güləşçilərimiz 3 medal qazandı
1414baxış

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ukrayna təmsilçisi Dmitri Pışkovla üz-üzə gəlib.

Rəqibini məğlub edən Süleymanov qitə çempionatının bürünc medalına sahib çıxıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) bürünc, Taleh Məmmədov (63 kq) isə gümüş medal əldə edib.