\
30 Sentyabr 2024 - Bazar ertəsi

Rəcəbov Aronyanla heç-heçə etdi

Rəcəbov Aronyanla heç-heçə etdi
1366baxış

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovla Ermənistan təmsilçisi Levon Aronyan arasındakı görüş başa çatıb.

Mediapress.az xəbər verir ki, "New In Chess" adlı mərhələdə qarşılaşma III tura təsadüf edib.

Qara fiqurlarla oynayan Rəcəbov mübarizədən heç-heçə ilə ayrılıb. Tərəflər 29-cu gedişdən sonra "sülh"ə razılaşıblar.