\
30 Sentyabr 2024 - Bazar ertəsi

Bakıda yol qəzasında qadın sürücü xəsarət aldı

Bakıda yol qəzasında qadın sürücü xəsarət aldı
1388baxış

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobillə "Lexus" markalı avtomobil toqquşub. Hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Babayeva Gülnar Mərdan qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.