\
30 Sentyabr 2024 - Bazar ertəsi

Fransa klubunun baş məşqçisi qələbədən sonra salto vurdu

Fransa klubunun baş məşqçisi qələbədən sonra salto vurdu
1360baxış

Fransanın "Lill" komandasının baş məşqçisi Kristof Qaltye Liqa 1-in XXXIV turunda "Lion" üzərində səfərdə qazandıqları qələbəni qeyri-adi formada qeyd edib.

Mediapress.az-ın məlumatına görə, 55 yaşlı mütəxəsis oyun başa çatdıqdan sonra salto vurub.

Qeyd edək ki, qarşılaşma "Lill"in 3:2 hesablı qələbəsi ilə bitib. Komanda 0:2 hesabı ilə məğlub olsa da, sonradan geridönüş edə bilib. Türkiyəli futbolçu Burak Yılmaz iki qol və məhsuldar ötürmə ilə yadda qalıb. "Lill" 34 oyundan sonra 73 xalla liderdir və PSJ-dən 1 xal öndədir.