\
30 Sentyabr 2024 - Bazar ertəsi

Koronavirus xəstəsi mağazada aşkarlanıb

Koronavirus xəstəsi mağazada aşkarlanıb
1356baxış

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi mağazada aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mediapress.az verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb olunan rayon sakini Eldəniz Yusifova sosial izolyasiya qaydalarına riayət etməsi barədə xəbərdarlıq edilib.

Buna baxmayaraq o, qaydaları pozaraq mağazaya gedib, digərlərinin də həyat və sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

E.Yusifov barəsində cinayət işi başlanılıb.